XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
29 Mart, 2021
Muzey əməkdaşı seminarda çıxış edib

Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Etnoqrafiya fondunun müdiri  t.ü.f.d. Sevinc Nəsirova Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının və Məktəbəqədər təhsil fakültəsinin təşkilatçılığı ilə keçirilən “Milli qəhrəmanlarımız” adlı seminarda çıxış edib.

Seminar onlayn formatda baş tutub. S.Nəsirova tələbələrə Milli Azərbaycan Tarixi Muzeyində yeni yaradılmış Vətən Müharibəsi fondu və fondun əhəmiyyəti haqda geniş məlumat verib. Milli qəhrəmanlarımızdan, şəhidlərimizdən, qazilərimizdən söz açan gənc alim onların igidliyindən, vətənə sevgilərindən də bəhs edib.

Həmçinin S.Nəsirova qeyd edib ki, yaxın müddətdə Muzeydə keçiriləcək “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgi ziyarətçilərin ixtiyarına veriləcək. Eyni zamanda toplanılan şəhid materiallarının gəlcəkdə də daimi ekspozisiyada sərgilənməsini xüsusi vurğulayıb.  

S.Nəsirovanın çıxışı tələbələrin böyük marağına səbəb olub.