XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
08 Aprel, 2021
Muzeydə Aprel döyüşlərinə həsr olunmuş onlayn tədbir keçirilib

Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunmuş "Qarabağ zəfəri ilə nəticələnən Aprel döyüşləri" adlı tədbir keçirilib.

Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsi tədbiri giriş sözü ilə açıb. Vətənin azadlığı uğrunda canını fəda edən hərbi qulluqçularımızın əziz xatirəsini hər zaman əziz tutaraq, onların bu mübarizəsini özlərinə nümunə götürməyi tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov - "Aprel döyüşləri - qələbəyə gedən yolun başlanğıcı", Bakı Dövlət Universitetinin dosenti, t.ü.f.d. Arzu Xəlilzadə - "II Qarabağ müharibəsinin siyasi yekunları" adlı məruzələr ilə çıxış ediblər.

Sonra Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, hərbi ekspert - polkovnik İslam Əzimov şəxsi döyüş yolu haqqında söhbət açaraq, qəhrəman xalqımızın rəşadətini xüsusi qeyd etdi. Polkovnik gənc nəsil nümayəndələrinə tövsiyələrini təqdim edərək vətənpərvərlik ruhunu aşılamağın vacibliyini söylədi və bu işdə daim şəxsi köməyini əsirgəməyəcəyini bildirdi.

Daha sonra Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, Qarabağ qazisi Sadəddin Bayramov, 44 günlük Vətən müharibəsi iştirakçısı, Qarabağ qazisi Tərlan Həsənov, Aprel döyüşləri qazisi, ehtiyatda olan kapitan Elnur Əmirov öz döyüş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. Çıxışlarında Vətəni hər şeydən çox sevməyin, onun üçün hər qəhrəmanlığa hazır olmağın və vətənimizi hər şeydən üstün tutmağın vacibliyini vurğulayıblar. Qazilərin məruzəsi əsnasında AMEA Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, t.ü.f.d. Aygün Məmmədova tərəfindən qazilər - Sadəddin Bayramov və Tərlan Həsənovun hərbi fotoları, həyat və döyüş yolu barədə məlumatların təqdim edildiyi elektron prezentasiya təqdim edildi.

Sonda Respublikanın Əməkdar artisti Ramil Qasımovun ifasında "Şəhidim kompozisiyası" nümayiş olunub. Kompozisiya Muzeyə Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Nigar Əhmədli tərəfindən təqdim olunub.

Tədbirdə Muzey işçiləri, Aprel döyüşləri və Vətən Müharibəsi qaziləri, Bakı Dövlət Universitetinin və Respublikanın 10-a yaxın ümumi təhsil müəssisələrinin - N.Nərimanov adına 128 saylı tam orta məktəbin, İsmayıllı şəhər 5 saylı tam orta məktəbin, Füzuli rayon 1 saylı tam orta məktəbin, Sumqayıt şəhər 43 saylı tam orta məktəbin, Gəncə şəhəri Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin, Hacıqabul rayon 6 saylı tam orta məktəbin, Zəngilan rayonu 29 saylı tam orta məktəbin, Tovuz rayonu Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbin, Astara rayon M.F.Axundov adına Pensər kənd 1 saylı tam orta məktəbin, Nərimanov rayonu 177 saylı məktəbin müəllim və şagird kollektivi iştirak edib.