XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
22 İyun, 2021
İki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş general-mayor Həzi Aslanova həsr olunan kitab-albom işıq üzü görüb

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin t.ü.f.d., dosent Bəhman Kərimov, Hədiyələr və xatirə əşyalar fondunun müdiri, əməkdar mədəniyyət işçisi Rəna Səfərovanın müəllifliyi ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun həsr olunmuş “Həyatı ilə əbədi şöhrət qazanan böyük sərkərdə” adlı kitab-albom işıq üzü görüb.

Qeyd edək ki, kataloqun elmi redaktoru Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyevadır.

Əsasən, Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında hazırlanmış kitab-albomda Azərbaycan xalqının qəhrəman oğlu, II Dünya müharibəsində (1939-1945) göstərdiyi igidlik və sücaətə görə iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş yoluna işıqlandırılmışdı.

Kitab-albomda Həzi Aslanovun Milli Azərbaycan Tarixi Muzeyində mühafizə edilən 33 adda kolleksiyası, həyat və fəaliyyəti, döyüş yolu haqqında məlumat verilmişdir. 

Kitab-albom Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında Həzi Aslanovun həyat və fəaliyyəti, döyüş yolunun öyrənilməsinə dəyərli töhfədir.