XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
14 Sentyabr, 2021
Əzim Əzimzadənin yaradıcılığı elmi araşdırma mövzusu kimi

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, m.ü.f.d., dosent  Nardanə Yusifovanın Türkiyənin Akademik Sosyal Araştırmalar  jurnalında (avqust 2021, s. 152-159) “Ə.Əzimzadənin yaradıcılığı elmi araşdırma  mövzusu kimi” adlı məqaləsi çap olunmuşdur. Məqalədə  əsasən Azərbaycanda karikatura janrının yaranması və inkişafında xüsusi əməyi olan, qrafik rəssam Əzim Əzimzadənin (1880-1943) tənqidi xarakter daşıyan satirik əsərləri  araşdırılmışdır (MATM materialları əsasında). Məqsəd fəza təfəkkürü baxımından Əzimzadə yaradıcılığındakı xüsusi yanaşmalar,  Azərbaycan sənətşünaslığına verdiyi töhfələr, onun rəng dünyası elmi-məntiqi-həndəsi qaydalar əsasında aparılmasıdır.

Qeyd edək ki, N.Yusifova Türkiyənin Akademik Sosyal Araştırmalar jurnalının redaksiya heyətinin üzvüdür.