2020-ci ilin 27 sentyabr – 10 noyabr tarixlərində baş vermiş Vətən müharibəsi haqqında işıq üzü görmüş yeni kitabın hazırlanmasında Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədov iştirak etmişdir.
“Zəfər salnaməsi” adlanan kitab Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəstəyi ilə Azərbaycan, rus, ingilis dillərində hazırlanmışdır. 190 səhifə həcmdə nəfis tərtibatlı kitabda yer almış fotoşəkillərin əksəriyyəti ilk dəfədir ki, dərc olunur. Kitabın üç fəslində (“Ərəfə”, “Vətən müharibəsi”, Qayıdış”) 2 aprel 2016-cı il – 10 dekabr 2020-ci il tarixlərində baş vermiş hərbi-siyasi hadisələr göstərilmişdir.
Qeyd etmək lazımdır ki, kitabda döyüş əməliyyatlarının gedişini nümayiş etdirən xəritə və sxemlər də tərtib edilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.azhistorymuseum.gov.az saytına istinad zəruridir.