AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən AMEA elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün əlavə peşə təhsili (ixtisasartırma) təlimləri keçirilmişdir. Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasının müdiri İradə Qasımova və kitabxananın əməkdaşı Ağgül Bağırova iki həftə müddətinə təşkil olunmuş təlimlərdə iştirak etmişlər.
Təlimlərin keçirilməsində əsas məqsəd müasir və ənənəvi kitabxana prosesləri haqqında kitabxanaçıları məlumatlandırmaq, eyni zamanda yeni informasiya texnologiyaları vasitəsilə müasir kitabxana xidmətlərinin təşkilinə dair metodik və nəzəri bilikləri, kitabxana-informasiya xidmətinin təşkili forma və xüsusiyyətlərini onlara aşılamaqdır.
Sonda təlimdə iştirak etmiş muzey əməkdaşlarına sertifikatlar təqdim olunub.