Sufi təriqətinin hər birinin özünəməxsus simvolu olmuş və bunlar da onların tac dedikləri papaqlarında əks olunmuşdur. XIV-XV əsrlərdə Azərbaycanda yaranan və buradan da bütün dünyaya yayılan xəlvətiyyə təriqətinin simvolu hesab olunan əmmamə dörd bölümlü 40 ədəd xətdən ibarətdir. Mənası: Dörd hissə İxlas surəsinin dörd ayəsinə işarədir.
İstanbulda Eyüb Sultan adlı ərazidən tapılan Xəlvətiliyin Sivasi qoluna aid əmmamə vaxtıilə Milli Azərbaycan Tarix Müzeyinə hədiyyə edilmişdir. Pambıq külah üzərindən yaşıl çit parça dolanmış əmmamənin hündürlüyü 20 sm, diametri 27 sm-dir.
Qeyd edək ki, Muzeyin Bərpa şurasında əmmamənin üzərində fiziki-kimyəvi, mexaniki və bioloji təsirlərin nəticəsində zədələr müşahidə olunduğu bildirilmişdir, eksponatın vəziyyəti kafi qiymətləndirilərək tam rekonstruksiya olunmasına qərar verilmişdir.
Rekonstruksiya zamanı eksponat tam demontaj olunaraq dezinfeksiya və təmizlənmə mərhələlərindən keçdikdən sonra bərpa və konservasiya prosesləri tamamlanacaq. Daha sonra demontaj olunan hissələr əvvəlki qaydada yerinə montaj olunarkən eksponatın orijinal vəziyyətinə qaytarılacaq.
Əmmamənin rekonstruksiya və bərpa işləri muzeyin Bərpa laboratoriyasının tekstil üzrə bərpaçı-rəssamı Nuridə Hüseynova tərəfindən icra olunacaq.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.