Milli Azərbaycan Tarixi Muzeyində 28 may - Müstəqillik gününə həsr olunmuş “28 May –Müstəqilliyimizin şanlı tarixi” adlı intellektual tədbir keçirilib. Tədbirdə İdrak Liseyinin müəllim heyəti, şagirdləri və muzey əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edərək, 28 may Müstəqillik gününün Azərbaycan tarixində mühüm, əlamətdar hadisə olduğunu qeyd edib və tədbirin əhəmiyyətindən danışıb. F.Şəmsi bildirib ki, Milli Azərbaycan Tarixi Muzeyində belə tarixi, əlamətdar günlər mütəmadi olaraq keçirilir və bu gənc nəslin maariflənməsində mühüm əhəmiyyət kəsb edir.
Sonra muzeyin əməkdaşı Aynur Babayeva “Cümhuriyyət dövrü tariximizin öyrənilməsi Milli Azərbaycan Tarixi Muzeyinin eksponatları əsasında” adlı mühazirə ilə çıxış edib(fotoslaydın müşayiəti ilə).
Daha sonra İdrak liseyinin şagirdləri arasında “Xəmsə” adlı intellektual oyun keçirilib.
Sonda tədbir iştirakçıları Muzeyin Azərbaycan Xalq Cümhuriyyəti dövrünü əks etdirən ekspozsiya zalı ilə tanış olublar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.