Qubatov Zülfüqar İsmi oğlu 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edən Zülfüqar Qubatov oktyabrın 13-də Suqovuşan döyüşlərində şəhid olub. Ağsu rayonunun Dilman kəndində dəfn edilib.
Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni (2021), “Vətən uğrunda” (2020), “Döyüşdə fərqlənməyə görə” (2020) və “Suqovuşanın azad olunmasına görə” (2021) medalları ilə təltif olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Zülfüqar Qubatova məxsus qol nişanı, səhra furajkası, kapitan rütbəsi poqonları, isimlik, hərbi kəmər, fotoşəkillər və sənədlər qorunur.
Şəhid Zülfüqar Qubatov haqqında məlumatlar 2025-ci ildə muzey tərəfindən nəşr olunan “Böyük Zəfərin Qəhrəmanları” kataloqunda da yer alıb (Bakı, “Aspoliqraf”, 2025, 240 səh.).
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.