XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
06 Oktyabr, 2026
Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyədən nümayəndə heyəti muzeyi ziyarət edib

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 4–7 oktyabr tarixlərində “Dildə, fikirdə, işdə birlik: Azərbaycan Türkiyə ortaq oxuma proqramı” layihəsi keçirilir.

Layihə çərçivəsində Türkiyənin lisey və universitetlərindən seçilmiş, Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olan 12 tələbənin də daxil olduğu 20 nəfərlik nümayəndə heyətinin Azərbaycana səfəri təşkil olunub.

Səfər proqramı çərçivəsində nümayəndə heyəti 6 oktyabr tarixində Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Qonaqlar muzeyin ekspozisiyası ilə tanış olub, Azərbaycan tarixinin müxtəlif mərhələlərinə aid arxeoloji, etnoqrafik və digər maddi mədəniyyət nümunələri haqqında məlumat alıblar.

Muzeydə keçirilən ekskursiyanı “Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili” şöbəsinin ekskursiyaçısı Gülnarə Əzimova aparıb.