Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov Kolumbiyanın Pedaqoji və Texnoloji Universitetinin Dillər və Ədəbiyyat Məktəbinin nəşri olan "La Palabra" ("Söz") beynəlxalq elmi jurnalında rəyçi kimi təsdiq olunub. Tədqiqatçı-alim Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti mövzusunda jurnala təqdim olunmuş elmi məqalələrin ekspertizasını həyata keçirir.
«La Palabra» jurnalı ədəbiyyatşünaslıq sahəsində elmi tədqiqatların işıqlandırılması üzrə ixtisaslaşan, ispan, portuqal və ingilis dillərində elmi məqalələr dərc edən nüfuzlu elmi nəşrlərdən biridir. Jurnal rəhbərliyi tərəfindən dosent Əli Fərhadovun bu elmi fəaliyyəti rəsmi sertifikatla təsdiq edilmişdir. Azərbaycanlı alimin beynəlxalq elmi jurnalla əməkdaşlığı Milli Azərbaycan Tarixi Muzeyinin beynəlxalq elmi əlaqələrinin genişləndirilməsi və elmi nüfuzunun artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.