Qahirədə nəşr olunan “Ərəb Əlyazmaları Xəbərləri” rüblük jurnalında Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Nərgiz Əliyevanın ərəb dilində nəşr edilmiş “Azərbaycanda İslam mədəniyyəti (VII–XIII əsrlər)” kitabı haqqında məqalə dərc olunub.
İsgəndəriyyə Kitabxanasının Nəşr və Yayım Evi tərəfindən ərəb dilində nəşr edilən kitab ərəb oxucularına Azərbaycanın İslam dünyasının tarixi və mədəni inkişafındakı rolunu daha yaxından öyrənmək imkanı yaradır. Məqalədə əsərin elmi əhəmiyyəti vurğulanır, onun Azərbaycanla ərəb-İslam dünyası arasında əsrlər boyu formalaşmış tarixi və mədəni əlaqələrin öyrənilməsinə, ortaq irsin tanıdılmasına və xalqlar arasında elmi-mədəni dialoqun inkişafına verdiyi töhfə qeyd olunur.
Kitabın ərəb dilinə tərcüməsini filologiya üzrə fəlsəfə doktoru Şıxəli Əliyev həyata keçirib.
Qeyd edək ki, “Ərəb Əlyazmaları Xəbərləri” jurnalı Qahirədə fəaliyyət göstərən Ərəb Əlyazmalar İnstitutunun mətbu orqanıdır. Jurnal ərəb ölkələrində və beynəlxalq miqyasda əlyazma irsinin araşdırılması və qorunması sahəsindəki yenilikləri, elmi tədqiqatları və mədəni təşəbbüsləri işıqlandırır. Nəşrin əsas məqsədlərindən biri əlyazmaların tədqiqi ilə məşğul olan alimlər, tədqiqatçılar, universitetlər və elmi müəssisələr arasında məlumat mübadiləsini genişləndirməkdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.