Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və könüllü gənclər üçün Milli Azərbaycan Tarixi Muzeyinə infotur təşkil olunub.
İnfotur çərçivəsində iştirakçılar muzeyin ekspozisiyası ilə tanış olub, Azərbaycanın qədim dövrlərdən müasir dövrədək tarixini əks etdirən eksponatlar haqqında ətraflı məlumat əldə ediblər. Ziyarətçilər, həmçinin Hacı Zeynalabdin Tağıyevin ev muzeyini ziyarət edərək görkəmli xeyriyyəçinin həyat və fəaliyyətini əks etdirən materiallarla tanış olublar.
Proqram çərçivəsində Vətən müharibəsi fondunda qorunan, I və II Qarabağ müharibələrində qəhrəmancasına həlak olmuş şəhid zabit və əsgərlərə, eləcə də müharibə iştirakçılarına məxsus şəxsi və xatirə əşyaları haqqında da məlumat verilib.
Ekskursiya Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili” şöbəsinin bələdçisi Günay Umarova tərəfindən aparılıb.
İnfotur iştirakçıların Azərbaycanın zəngin tarixi və mədəni irsi, görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyəti, eləcə də müasir tariximizin mühüm hadisələri ilə yaxından tanış olmalarına imkan yaradıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.