Milli Azərbaycan Tarixi Muzeyində Gənc Müəllimlər Assosiasiyasının üzvləri üçün muzeyin ekspozisiyasına info-tur təşkil olunub. İnfo-tur zamanı 60-dan çox GMA üzvü iştirak edib. Azərbaycanın ən qədim dövründən günümüzədək tarixini əks etdirən dəyərli artefaktlarla zənginləşdirilmiş, interaktiv masalar və 3D holoqramlarla təchiz olunmuş ekspozisiya Assosiasiya üzvlərinin böyük marağına səbəb olub və onları verilən suallar ətraflı cavablandırılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.