18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyində Xəzər rayonu, Türkan qəsəbəsi 262 saylı tam orta məktəbin şagirdləri üçün “Tağıyev: Zamanı aşan irs” adlı maarifləndirici tədbir keçirilib. Tədbir İCOM-un bu il üçün elan etdiyi “Sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi” şüarına uyğun olaraq reallaşdırılıb.
Tədbir çərçivəsində ilk olaraq İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı tərəfindən Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyəti, onun təhsilə, mədəniyyətə və qadınların maariflənməsinə verdiyi töhfələr haqqında əhatəli mühazirə təqdim olunub.
Daha sonra interaktiv formatda quiz yarışması keçirilib. Şagirdlər arasında bilikləri möhkəmləndirmək və əyləncəli öyrənmə mühiti yaratmaq məqsədilə təşkil edilmiş yarışma İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi, şöbənin əməkdaşları- Qənirə Qafarlı və İlahə Sarıyeva tərəfindən aparılıb.
Tədbir həm maarifləndirici, həm də əyləncəli formatda təşkil olunduğu üçün iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Muzeyin təşkil etdiyi bu cür tədbirlər gənc nəslin milli irsimizə marağını artırmaqla yanaşı, muzeylərin müasir təhsil prosesində necə önəmli rol oynaya biləcəyini bir daha nümayiş etdirir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.