Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin I kurs tələbələrinin iştirakı ilə Milli Azərbaycan Tarixi Muzeyinin 105 illiyinə həsr olunmuş elmi seminar keçirilib. Muzeyin Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d. Emin Məmmədov “Azərbaycan xalqının qədim və zəngin tarixinə malik mədəni-tarixi nailiyyətlərinin təbliğində Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçilərinin misilsiz rolu” , Numizmatika fondunun müdiri Sənurə Dostiyeva və həmin fondun əməkdaşları- Gülnar İsmayılova, Aytən Mikayılova “Orta əsrlər dövrünə aid sikkələrin Azərbaycan ərazisində şəhər-dövlətlərin və ticarətin inkişaf tarixinin öyrənilməsində rolu”, Fotoneqativ materialları fondunun müdiri Afət Kərimova “XIX–XX əsrlərin qovşağında baş vermiş tarixi hadisələrin öyrənilməsində ağ-qara fotoşəkillərin əhəmiyyəti” mövzularında çıxış ediblər.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.