XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
02 Noyabr, 2021
Muzeydə “Maddi irsimizin tədqiqi və təbliği” mövzusunda elmi seminar keçirilmişdir

Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Tarix və tarixin tədrisi texnologiyası kafedrası ilə birgə muzeydə "Maddi irsimizin tədqiqi və təbliği" mövzusunda elmi seminar keçirmişdir.

Seminarda muzeyin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, t.ü.f.d.  Laçın Mustafayev "Maddi mədəniyyət abidələrinin aşkarlanması, mühafizəsi, bərpası, tədqiqi və təbliği" mövzusunda məruzə etmişdir.

Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllim və  tələbə heyəti, o cümlədən muzey  əməkdaşları iştirak etmişdir. Tədbir qarşılıqlı müzakirə şəklində davam etmişdir. Məruzə maraqla qarşılanmış, tələbələr tərəfindən verilən suallara aydınlıq gətirilmişdir.

Sonda tələbələr H.Z.Tağıyevin ev muzeyi və “Nizami Gəncəvi və Azərbaycan Atabəyləri dövləti” adlı sərgi ilə tanış olmuşlar.