XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
16 Noyabr, 2021
Muzeyin əməkdaşı “Qarabağın Qara Kitabı” adlı kitabın hazırlanmasında iştirak etmişdir

Beynəlxalq Muğam Mərkəzində təqdimatı keçirilmiş “Qarabağın Qara Kitabı” adlı yeni kitabın yazılması və çap edilməsində Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dos., Səbuhi Əhmədov iştrak etmişdir.

“Qarabağın Qara Kitabı”nda Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində təbiətinə, yaşayış fonduna, əmlaklara, tarixi abidələrə, mədəniyyət nümunələrinə vurulmuş ziyan və onun həcmi barədə bəhs edilir. Kitabda eləcə də Qarabağın dünəni ilə bu gününü müqayisə edən ümumi maarifləndirici məlumatlar, gözəl diyarın mədəni-tarixi abidələri kitabda öz əksini tapıb. Həmçinin kitabda azərbaycanlıların Qarabağdan qovulması, torpaqların işğalı tarixi və Vətən müharibəsi haqqında məlumatlar toplanıb.

Kitab “İRS” Nəşriyyat Evinin layihəsi olaraq Mədəniyyət nazirliyi, Azərbaycan Hava Yolları və “Paşa Həyat Sığorta” şirkətlərinin dəstəyi ilə işıq üzü görüb.

Kitab Azərbaycan, rus, ingilis dillərində çap olunub və geniş auditoriya üçün nəzərdə tutulub.