XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
21 Oktyabr, 2022
“Qarabağın tarixi–mədəni irsi” adlı Respublika elmi konfransı keçiriləcək

1 noyabr 2022-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə “Qarabağın tarixi – mədəni irsi” adlı Respublika elmi konfransı keçiriləcək.

Konfrans çərçivəsində “Qarabağ tarixinin muzey kolleksiyalarında təbliği məsələləri”, “Qarabağın tarixi”, “Qarabağın arxeoloji tədqiqi”, “Qarabağın etnoqrafiyası”, “Qarabağın mədəni irsi” mövzusunda 30-a yaxın tarixçi alim, muzeyşünas, elmi işçinin məruzələri dinləniləcək.

Tədbir Milli Azərbaycan Tarixi Muzeyinin konfrans zallarında keçiriləcək.