XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
14 Fevral, 2022
Muzey əməkdaşının elmi redaktoru olduğu kitab işıq üzü görüb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu tərəfindən nəşr olunmuş “XIX əsr fotoqrafiya ustaları. Dmitri Yermakov. Bakı haqqında” adlı kitabın elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri t.ü.f.d., dosent Səbuhi Əhmədovdur. Kitab Gürcüstan Milli Muzeyində saxlanılan XIX əsr tanınmış fotoqrafı Dmitri Yermakovun kolleksiyasındakı Bakı ilə bağlı fotoşəkillər əsasında tərtib edilmişdir. Belə ki, nəfis tərtibatlı kitabda Bakıya həsr olunmuş unikal fotoşəkillər yer almışdır. Onlar sırasında neft mədənləri, tarixi-memarlıq abidələri, şəhər sakinləri, yerli əhalinin məşğuliyyətlərinə həsr olunmuş fotoşəkillərin böyük hissəsi ilk dəfədir ki, ictimaiyyətə təqdim olunur və elmi dövriyyəyə daxil edilir. Layihənin koordinatoru İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova, ön sözün müəllifləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Əsgər Ələkbərov və Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidzedir.