XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
24 Fevral, 2022
Muzey əməkdaşının yeni kitabı işıq üzü görüb

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə muzeyin Elmi Ekspozisiya və Sərgilərin Təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədovun “Rəssam M.Meşerskinin “Şamxor döyüşü” rəsmi – tarixi mənbə və ya saxtakarlıq vasitəsidir?” adlı kitabı işıq üzü görüb (Bakı, 2021, 52 s., kitab rus dilindədir).

Araşdırmalar göstərir ki, müxtəlif dövrlərə aid rəsmlərin çoxu heç də real hadisələri əks etdirmirdi. Çox vaxt rəssamlar sifarişçinin istəyini rəsm əsərlərində təsvir edirdilər.

XIX əsrdə Rusiya imperiyasında sifarişli rəsmlərdən öz “reklam” üsulu kimi geniş istifadə edənlərdən biri də general Valerian Mədətov olub. Kitabda rəssam M.Meşerskinin “Şamxor döyüşü” rəsmində təsvir olunan hadisələr təhlil edilir. Sübut olunur ki, şəkil general  V.Mədətovun “qəhrəmanlığını” tərənnüm etmək üçün  yaradılmışdır  deyə, real hadisələri əks etdirmir.Qeyd edək ki, adı çəkilən rəsm əsəri Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri Materiallar fondunda qorunur.