AМEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı və t.ü.f.d., dosent Fərhad Cabbarovun elmi redaktorluğu ilə muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent Səbuhi Əhmədovun müəllifi olduğu “General Valerian Mədətov: bioqrafiyalar necə saxtalaşdırılır” (Bakı-2021, 48 s., kitab rus dilindədir) adlı kitab işıq üzü görüb. Təqdim olunan kitabda etnik erməni, Rusiya İmperator Ordusunun general-mayoru Valerian Qriqoryeviç Mədətovun (1782-1829) tərcümeyi-halı araşdırılır. Erməni tarixşünasları, Rusiya və Şərqi Avropa ölkələrindəki erməni diasporu birgə səylə onu hər cür ucaldaraq, nəticədə “Qarabağı idarə edən şahzadə nəslindən olması”, hətta, bu gün belə, XIX əsrin görkəmli komandiri, fransız marşalı Mürat səviyyəsindəki kimi qələmə verirlər. Bununla belə, mövcud tarixi mənbələr “qəhrəmanın” real bioqrafiyasını təhlil etmək imkanını yaradaraq, sübut edirlər ki, onun Qarabağda hökm sürən ailə ilə heç bir əlaqəsi yoxdur və onun igidliyi uydurmadır.
Kitabda uydurma və real bioqrafiya müqayisə edilir. Kitab tarixçilər və tarixlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.