XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
15 Aprel, 2022
Xəzər Universitetinin tələbələri muzeydə orta əsrlərə aid silahlarımızla əyani tanış olublar

Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi olaraq dərs ilində tədris edilən fənlərlə əlaqədar ekskursiya və mühazirələr təşkil edilir. 

Növbəti belə görüş Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin kordinatoru Orxan Zamanovun  təşkilatçılığı və təşəbbüsü ilə keçirilib. Həmin universitetin Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin tarix müəllimliyi ixtisası üzrə təhsil alan ikinci il (kurs) tələbələri muzeydə orta əsrlərə aid silahlarımızla əyani şəkildə tanış olublar.

Muzeyin Elmi Ekspozisiya və Sərgilərin Təşkili şöbəsinin müdiri, t.ü.f.d., dosent S.Əhmədov təqdimat zamanı ənənəvi mühazirədən fərqli olaraq tələbələrə Azərbaycanın orta əsr silahları və hərb işi mövzusunda ekskurs-dərs keçib. Dərsdə silahlar maddi və mənəvi aspektdən şərh olunub. Tələbələrin müxtəlif səpkili sualları ətraflı cavablandırılıb və mövzu ətrafında müzakirələr davam edib.

Sonda universitetin əməkdaşı O.Zamanov qeyd edib ki, tələbələrin muzeyi ziyarət etməsində əsas məqsəd orta əsr hərb sənəti, Azərbaycan silahları üzrə aparıcı mütəxəsis olan Səbuhi Əhmədovun mühazirəsini dinləmək və muzeydə qorunan eksponatlar - dövrün bəzi silahları ilə (zirehli geyim, müxtəlif dəbilqələr, xəncərlər, qılınclar, ox ucluqları və s.) əyani tanış olmaq idi.