XƏBƏRLƏR
18 Aprel, 2022
18 aprel- Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş elmi seminar keçirilib
Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub.
AMEA Rəyasət Heyəti İşlər İdarəsinin dəstəyi və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurası və Qobustan Milli Tarix-Bədii Qoruğunun birgə təşkilatçılığı ilə 18 aprel 2022-ci il tarixində Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Qayalara həkk olan tarix: qədim abidəmizin ilk insan izləri” adlı elmi seminar keçirilmişdir.
Seminar Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayevin və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d Elmir Babayevin açılış nitqi ilə başladı.
Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının sədri Aslan Qasımov - "Beynəlxalq abidələr günü", Qobustan Milli Tarix-Bədii Qoruğunun Qoruğun İnkişafı və İnnovasiya şöbəsinin müdiri Şəbnəm Yusifova - "Qobustan abidələri UNESCO-nun Dünya Mədəni İrs siyahısında", AMEA Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin mütəxəssisi Qənirə Qafarlı - "Tağıyev sarayı memarlıq abidəsi kimi", Qobustan Milli Tarix-Bədii Qoruğunun aparıcı elmi işçisi Sevinc Şirinli - "Qobustan qayaüstü təsvirlərinin xronologiyasının dəqiq dövrləşdirmə metodları ilə müəyyən edilməsi layihəsi haqqında", AMEA Radiasiya problemləri İnstitutunun əməkdaşı Aybəniz Əhədova - "Dəqiq dövrləşdirmə metodları və onların Qobustanın tədqiqində tətbiqi" adlı məruzələrlə çıxış etdilər və verilən suallar ətraflı cavablandırıldı.
Seminar iştirakçıları ilə Qobustan abidələrinin öyrənilməsi məqsədilə gələcəkdə Azərbaycan Milli Elmlər Akademiyasının gənclərinin tədqiqatlarından səmərəli istifadə haqqında da müzakirələr aparıldı.
Qeyd etmək lazımdır ki, seminarda AMEA ilə yanaşı bir sıra təhsil ocaqlarının bakalavr və magistr tələbələri də iştirak etmişdir.
Sonda Qobustan Milli Tarix-Bədii Qoruğuna ekskursiya təşkil olundu.
Şimali Kipr Türk Respublikasının professoru muzeydə mühazirə keçirəcək
Milli Azərbaycan Tarixi Muzeyində 29 aprel saat 11:00-da Şimali Kipr Türk Respublikasının Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin (ARUCAD) p...
Muzeydə 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü”nə həsr olunmuş elmi seminar keçirilib
17 aprel 2026-cı il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Arxeologiya elmi fond şöbəsinin və “Arxeo klub”un birgə təşkilatçılığı ilə “18 Aprel –...
Muzeyin növbəti Elmi Şurasının iclasında yeni ekspozisiya konsepsiyası üzrə müzakirələr aparılıb
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji irsin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, tarix üzrə fə...
Muzeyin əməkdaşları “Azərbaycan tarixi silahşünaslığının aktual problemləri” konfransında çıxış ediblər
2025-ci il oktyabrın 30-da Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan tarixi silahşünaslığının aktual problemləri” mövzusunda birinci elmi-praktik k...
Muzeyin direktoru AMEA-nın Rəyasət Heyətinin iclasında iştirak edib
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı AMEA-nın Rəyasət Heyətinin İctimai Elmlər Bölməsinin (İEB) və Gəncə Bölməsinin 2...
Muzeydə Akademik Nailə Vəlixanlıya həsr olunmuş beynəlxalq konfransın bağlanış mərasimi keçirildi
Bu gün, sentyabrın 6-ı Türkiyə Cümhuriyyəti Aydın Adnan Menderes Universiteti, Milli Azərbaycan Tarixi Muzeyi və d. elmi-tədqiqat və təhsil müəssisələ...
Muzeydə akademik Nailə Vəlixanlıya həsr olunmuş beynəlxalq konfrans keçirilir
Bu gün, sentyabrın 5-i Türkiyə Cümhuriyyətinin Aydın şəhərindəki Aydın Adnan Menderes Universiteti, Milli Azərbaycan Tarixi Muzeyi və d. elmi-tədqiqat...
Muzeydə Azərbaycan Cümhuriyyətinin 105 illiyinə həsr olunmuş təqdimat mərasimi keçirildi
26 may 2023-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın Müstəqilliyinin 105-ci ildönümünə həsr olunmuş “Dünyaya Cümhuriyyətlə açıla...