XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
20 Aprel, 2022
Muzeydə “Müzəffər Azərbaycan” adlı kitabın təqdimatı olub

AMEA Milli Azərbaycan Tarixi Muzeyində İsrail Yazıçılar Birliyinin üzvü və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, şair Mixail Salmanın “Müzəffər Azərbaycan” adlı kitabının təqdimat mərasimi keçirilib. Azərbaycanın 44 günlük müharibəsindəki qələbəsinə həsr olunmuş kitabda Azərbaycanın tarixinə, mədəniyyətinə və incəsənətinə dair şeirlər yer alıb.

Həmçinin “Azərbaycan eşqi ilə” adlı şeir toplusunun müəllifi olan M.Salmanın şeirləri İsrail, Azərbaycan, Ukrayna, Amerika və Almaniyanın dövri mətbuatında da dərc olunur.

Tədbir Azərbaycan ilə İsrail arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə və “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının yaranmasının 15 illiyinə həsr olunub.

Təqdimat mərasiminə millət vəkilləri, İsrail-Azərbaycan Beynəlxalq “Azİz” Assosiasiyasının üzvləri, Azərbaycanın görkəmli elm və mədəniyyət nümayəndələri və ictimai xadimlər dəvət olunmuşdur.

Tədbiri giriş sözü ilə qeyd olunan Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Mixail Salmanın həyat yoldaşı Yeganə Salman açdı və qonaqları təqdim etdi.

Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin Baş direktoru, akademik Nailə Vəlixanlı, muzeyin icraçı direktoru, dosent Fərhad Cabbarov, Milli Məclisin deputatları- Rasim Musabəyov və Sevil Mikayılova, tarixçi Fuad Axundov, rejissor Oqtay Mirqasımov, “Azİz”in rəhbəri Lev Spivak, kitabın müəllifi Mixail Salman və digər tanınmış şəxslər çıxış etdilər.