29 aprel 2022-ci il tarixində, saat 17:00-da Zoom platfotması üzərindən “Azərbaycanda müxtəlif identifikasiyalar üzərindən multikultural hekayələr: Antropoloji və Etnoqrafik yanaşmalar” adlı seminar keçiriləcəkdir.
Seminar AMEA Milli Azəraycan Tarixi Muzeyi Gənc Alim və Mütəxəssislər Şurası və Böyük Britaniyada fəaliyyət göstərən Qafqaz Zaman Çərçivəsində Şəbəkəsinin (The Caucasus Through Time Network) birgə təşkilatçılığı ilə keçiriləcək
Seminarda Azərbaycanda yaşayan etnik qrup və milli azlıqlar- talışlar, yəhudilər, almanların məişət və mədəni həyatı Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyası əsasında nəzərdən keçiriləcək və mövzu ətrafında müzakirələr aparılacaq.
Seminarda iştirak etmək üçün keçid:
https://ucl.zoom.us/meeting/register/tJIuduypqDIiHtS2EL2IrK_FVGHkwv9uWCyI
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.