XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
01 İyun, 2022
Muzeydə Qarabağın maddi mədəni irsinə həsr edilmiş növbəti elmi seminar keçirildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan edilməsi haqqında sərəncamına əsasən Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən Arxeoklubun “Qarabağın maddi mədəni irsi muzey kolleksiyasında” adlı elmi seminarı keçirilib.

Bakı şəhəri, Nizami rayonu 312 saylı məktəbin VIII və IX sinif şagirdlərinin iştirakı ilə keçirilmiş seminarda muzeyin Arxelogiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə çıxış edərək muzeyin Arxeologiya fondunun tarixi və Qarabağ ərazisində tapılmış artefaktlar barədə ətraflı məlumat verib.

Sonra muzeyin Arxelogiya elmi fond şöbəsinin elmi işçisi Emin Məmmədov Qarabağ ərazisində aşkarlanmış, muzeydə qorunan qədim və ilk orta əsrlərə aid arxeoloji artefaktlar, abidələr və Azərbaycan arxeoloqlarının fəaliyyətinə dair məruzə ilə çıxış edib.

Sonda muzeyin Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova fondda qorunan Qarabağ ərazisində aşkarlanmış numizmatik faktlar barədə ətraflı məlumat verərək, onların tədqiqinin zəruriliyini vurğulayıb.

Fotoslaydlarla müşayiət olunan seminarda maraqlı diskussiya təşkil edilmiş və  şagirdlər Qarabağ ərazisində aşkarlanmış, hazırda Arxeologiya fondunda qorunan müxtəlif dövrlərə aid məişət əşyaları, əmtəə vasitələrini əyani şəkildə müşahidə ediblər.

Tədbir iştirakçıları həmçinin muzeydə nümayiş olunan “Nizami Gəncəvi və Azərbaycan atabəyləri dövləti” və “Qarabağın incisi – Şuşa” sərgilərini də ziyarət ediblər.