XƏBƏRLƏR
XƏBƏRLƏR -
Elmi tədbirlər
28 İyun, 2022
Muzeyin İcraçı direktorunun dissertasiya işi yüksək qiymətləndirildi

24 iyun 2022-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakıxanov adına Tarix İnstitutunda Milli Azərbaycan Tarixi Muzeyinin İcraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarovun “Vətən tarixi” və “Ümumi tarix” ixtisaslarında tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün “Rusiya imperiyasının Şimali Azərbaycanda milli siyasəti və 1905-1906-cı illərdə kütləvi qırğınlar” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsi təşkil olunmuşdur.

Müdafiədə Dissertasiya Şurasının üzvlərindən başqa opponentlər, rəyçilər və digər qonaqlar iştirak etmişdir.  F.Cabbarovun uğurla müdafiə etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya Şurası tərəfindən yüksək qiymətləndirilmişdir.

Muzeyin kollektivi t.ü.f.d., dosent Fərhad Cabbarova gələcək elmi fəaliyyətində uğurlar arzulayır.