XƏBƏRLƏR
29 Dekabr, 2022
Muzeyin yeni nəşri işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən Azərbaycanın və bütün türk dünyasının ictimai-siyasi fikir tarixində, publisistikasında silinməz iz qoymuş maarifçi, publisist, dövlət xadimi Ömər Faiq Nemanzadəyə (1872-1937) həsr olunmuş fotoalbom nəşr olunub. Fotoalboma Ö.F.Nemanzadənin varislərinin bu ilin avqustunda muzeyə hədiyyə etdiyi nadir fotoşəkillər, həmçinin, vaxtilə muzey əməkdaşları tərəfindən toplanan digər materiallar daxil edilib. Oxucuların diqqətinə təqdim olunan nəşrdə təkcə Ö.F.Nemanzadənin və onun ailə üzvlərinin deyil, həmçinin, Azərbaycanın ictimai həyatında, təhsil və maarifində xidmətləri olmuş bir çox insanların fotoşəkillərinə də rast gəlinir. Ömər Faiq əfəndinin ana tərəfdən qohumları olan məşhur Pepinovlar nəslinin nümayəndələrinin, həmçinin, Şəfiqə xanım Əfəndizadənin, Məmmədzəki və Münirə xanım Dursunzadələrin bəzi fotoları ilk dəfə məhz bu albomda nəşr olunur. Fotoalbomun tərtibçiləri muzeyin icraçı direktoru, t.ü.f.d. Fərhad Cabbarov və Ö.F.Nemanzadənin nəticəsi Ülviyyə Pepinovadır.
Muzeyin “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqunun təqdimatı olub
Martın 18-də Milli Azərbaycan Tarixi Muzeyində “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqun təqdimatı keçirilib. Tədbirdə Vətən Müharibəsi şəhidlə...
Muzeyin 105 illiyinə həsr olunmuş konfransın materialları təqdim olunur
2025-ci il dekabrın 2–3-də Milli Azərbaycan Tarixi Muzeyində keçirilmiş və muzeyin 105 illiyinə həsr olunmuş “Tarixin öyrənilməsinin və tədrisinin akt...
Muzeyin 105 illiyinə həsr olunmuş konfransın materiallarını təqdim edirik
Ətraflı keçiddə...
Muzeyin yeni kataloqu işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqu (Bakı: "Aspoliqraf", 2025, s.240) işıq üzü görüb. Muzeyin elmi işlər...
Muzeyin yeni kataloqu işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşri – Azərbaycanın tanınmış kimyaçı alimi, akademik Yusif Məmmədəliyevin anadan olma...
Muzeyin direktoru, akademik Nailə Vəlixanlının yeni monoqrafiyası nəşr olunub
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının rus dilində “Zəngəzurun VII–XII əsrlər tarixindən” adlı yeni monoqrafiyası nə...
Muzeyin kolleksiyası əsasında “Qarabağın görkəmli ziyalıları” adlı yeni kitab-albom işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin dəyərli kolleksiyası əsasında hazırlanmış “Qarabağın görkəmli ziyalıları” adlı yeni kitab-albom işıq üzü görüb (Bakı...
“Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun çini kolleksiyası” adlı yeni kataloq işıq üzü görüb
"Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun çini kolleksiyası" adlı yeni kataloqun (Bakı: "Aspoliqraf", 2024, 216 səhifə) müəllifi Etnoqra...