Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən hər il çap olunan toplu öz oxucularına qiymətli mənbə, tarix elminə dəyərli töhfə olaraq mühüm əhəmiyyət kəsb edir.
“Milli Azərbaycan Tarixi Muzeyi – 2022” növbəti elmi məqalələr toplusu (Bakı, “Təhsil”, 2022, 416 s.) işıq üzü görüb. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının təsisçisi və baş redaktoru olduğu bu toplu Muzeyin Elmi Şurasının qərarı ilə nəşr olunub.
Topluda “Tarix”, “Muzey materialları Vətən tarixinin öyrənilməsində mənbə kimi” “Arxeologiya”, “Etnoqrafiya” bölmələri üzrə xarici tədqiqatçıların, muzey əməkdaşlarının və başqa alimlərin elmi araşdırmalarından ibarət məqalələri dərc olunub (Azərbaycan və rus dillərində).
Qeyd edək ki, “Muzey XXI əsrdə. Klassikliklə interaktivliyin nisbəti problemləri” Beynəlxalq elmi konfransın materialları da topluda yer alıb.