XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
31 Mart, 2023
Muzeyin zəngin kolleksiyası əsasında xalça toxuculuğuna həsr olunmuş yeni kataloq işıq üzü görüb

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında “Gəncə-Qazax xalçaları” adlı yeni kataloqu işıq üzü görüb (Bakı: “Təhsil”, 2022, 96 səh., Azərbaycan və ingilis dilində). Kitabın elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, elmi məsləhətçi s.ü.f.d., Xədicə Əsədova, müəllif t.ü.f.d. Sevinc Nəsirovadır.

Kataloqda muzeyin kolleksiyasında mühafizə olunan, Gəncə və Qazax xalça məktəbinə daxil olan xalçalar və digər toxuculuq nümunələri (palaz, kilim, çul, xurcun, heybə, məfrəş, təknə qabı, duz torbası, dəyə ipi, cecim və s.) təqdim olunmuşdur. Bununla yanaşı, kataloqda xalça toxuculuğu zamanı istifadə olunan əmək alətləri də öz əksini tapmışdır. Gəncə və Qazax ərazisində toxuculuğun tarixi, bu xalça məktəbinə daxil olan xalça və xalça məmulatlarının toxunma texnikası ilə yanaşı onlar üzərindəki hər bir naxış və təsvir də tədqiqata cəlb olunmuşdur.