XƏBƏRLƏR
XƏBƏRLƏR -
Nəşrlər
01 Noyabr, 2023
“Qarabağın tarixi-mədəni irsi” adlı Respublika elmi konfransının materiallarının elektron pdf forması hazırlanıb

1 noyabr 2022-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə keçirilmiş “Qarabağın tarixi – mədəni irsi” adlı Respublika elmi konfransı materiallarının elektron pdf formatı hazırlanıb.
Konfrans çərçivəsində Qarabağ tarixinin muzey kolleksiyalarında təbliği məsələləri, Qarabağın tarixi, Qarabağın arxeoloji tədqiqi, Qarabağın etnoqrafiyası, Qarabağın mədəni irsi və digər mövzularda 30-a yaxın tarixçi alim, muzeyşünas, elmi işçinin məruzə və məqalələri yer almışdır. Muzey kollektivi adından məqaləsi dərc olunan məruzəçiləri təbrik edir, gələcək elmi fəaliyyətlərində müvəffəqiyyət arzulayırıq.
“Qarabağın tarixi – mədəni irsi” adlı Respublika elmi konfransı materiallarının elektron pdf formatı ilə linkə keçid edərək tanış olmaq olar.