XƏBƏRLƏR
30 Noyabr, 2023
“Şərq qadını” jurnalının 100 il bundan öncə işıq üzü görmüş ilk nüsxəsini təqdim edirik
Bu gün, 30 noyabr “Şərq qadını” jurnalının ilk nömrəsinin işıq üzü görməsindən 100 il ötür. Jurnalın ilk nömrəsi 30 noyabr 1923- cü il tarixində Bakıda çap olunub. Azərbaycanın maarifpərvər qadınlarından biri, görkəmli pedaqoq, ictimai xadim Mədinə Qiyasbəyli “Şərq qadını” jurnalının təsisçilərindən biri olub və savadsızlığa qarşı mübarizə aparıb. Jurnal Azərbaycanda, o cümlədən bütün şərq aləmində qadın azadlığı uğrunda mübarizə aparan, qadınlar arasında azadlıq ideyalarını geniş yayan ilk qadın jurnalı olub. Sözügedən jurnalın ilk nömrəsində publisist Səməd ağa Ağamalıoğlu, yazıçı, publisist Şəfiqə Əfəndizadə, həkim-pediatr, Azərbaycan Cümhuriyyəti dövründə xalq səhiyyə naziri olmuş Yevsey Gindes, ədəbiyyatşünas, professor İsmayıl Hikmətin məqalələri yer alıb. Həmçinin, ictimai-siyasi xadim Ayna Sultanova, pedaqoq, jurnalist Mədinə Qiyasbəyli, jurnalist Gülarə Qədirbəyova, Xədicə Seyidzadə, Hökumə Məmmədova kimi cəmiyyətdə fəallıq göstərən qadınların məqalələri, publisistik yazıları müntəzəm olaraq jurnalda çap edilirdi.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunan “Şərq qadını” jurnalının 100 il bundan öncə işıq üzü görmüş ilk nüsxəsini təqdim edirik.
Qeyd edək ki, sözügedən jurnalın 10-cu nüsxəsi muzeyin Kitabxanasının “Nadir kitablar” fondunda qorunur.
Bu gün Vətən müharibəsi şəhidi Toğrul Bərxudarovun doğum günüdür
Toğrul Məmməd oğlu Bərxudarov 1987-ci il iyunun 30-da Gəncə şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bü...
YAP Binəqədi Rayon Təşkilatı tərəfindən muzeyə təşəkkürnamə təqdim edilib
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı tərəfindən gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə təşkil olunmuş Yay məktəbi la...
Bu gün Vətən Müharibəsi şəhidi İlkin Əhədzadənin doğum günüdür
İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövl...
Muzeyin əməkdaşı İctimai Radioda çıxış edib
26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümo...
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azər...
Muzeyin direktoru və direktor müavini Monqolustanda keçirilən Avrasiya muzeylərinin I Beynəlxalq Forumunda iştirak ediblər
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini - baş müh...
Muzeyin bərpaçı-rəssamının əsərləri sərgidə nümayiş olunub
Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Rəvanə Abbassoy Azərbaycan Respublikasındakı Yunus Emre İnstitutunun təşkil etdiyi təzhib və miniatü...
Muzeyin kitabxanasında Azərbaycanın neft sənayesi haqqında kitab qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir Kitablar fondunda Ye.İ. Startsevin "Bakı Neft Sənayesi. Tarixi-Statistik Oçerk" (1886-cı il) ki...