XƏBƏRLƏR

20 Fevral, 2024
Muzeydə Azərbaycanın neft və qaz sektorunda böyük xidmətləri olmuş polşalı mühəndis Vitold Zqlenitski haqqında kitabın təqdimat mərasimi keçirilib
20 fevral 2024-cü il tarixində Milli Azərbaycan Tarixi Muzeyində Polşa Respublikasının Azərbaycandakı Səfirliyi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə polşalı ixtiraçı, geoloq Vitold Zqlenitskiyə həsr olunmuş “Polşalı Nobel” adlı kitabın (Azərbaycan və ingilis dillərində. Müəllif: Polşa ictimai xadimi, professor Andjey Yan Xodubski) təqdimat mərasimi keçirilib. Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı, Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski, Azərbaycan Milli Məclisinin deputatı Vüqar Bayramov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, s.ü.f.d., dosent Şirin Məlikova, sosiologiya üzrə ictimai elmlər doktoru Samir Səttərov, AMEA-nın əməkdaşları, Bakıdakı “Polonya” Mədəni Əlaqələrin İnkişaf İctimal Birliyi, səfirliyin, muzeyin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqları salamlayıb və tədbirin əhəmiyyətini qeyd edərək, Azərbaycanın neft və qaz sektorunda böyük xidmətləri olmuş polşalı mühəndis Vitold Zqlenitskinin həyat və fəaliyyətinə həsr olunmuş kitabın ərsəyə gəlməsini yüksək qiymətləndirib. Sonra Polşa Respublikasının səfiri Rafal Poborski çıxış edərək, Azərbaycan-Polşa tarixi-mədəni əlaqələrini vurğulayıb.
Daha sonra sözügedən kitabı polşa dilindən Azərbaycan dilinə tərcümə edən Samir Səttərov çıxış edib. Vitold Zqlenitskinin həyatı və nailiyyətləri haqqında mühazirə deyib. S.Səttərov çıxışında qeyd edib ki, “Vitold Zqlenitski Varşava İqtisadiyyat Məktəbinin riyaziyyat-fizika fakültəsinin və Sankt-Peterburqdakı Mədən İnstitutunun məzunu olub. Əvvəlcə Polşada mühəndis işləyib, lakin onun peşəkar həyatının əhəmiyyətli hissəsi Bakı ilə bağlı olub və 1891-ci ildən vəfatına qədər burada çalışıb. V.Zqlenitski neftin çıxarılması üsullarının modernləşdirilməsi ilə məşğul olmuş və onun dəniz dibindən çıxarılması ideyasını irəli sürmüşdür. O, təkcə qazma platforması konsepsiyasını deyil, həm də qazma işini asanlaşdırmaq üçün bir sıra ixtiralar- neft quyularının əyriliyini ölçmək üçün cihaz və valları daha sürətli və daha dərin qazmağa imkan verən texniki həllər hazırlamışdır. V.Zqlenitski bugünkü Azərbaycan ərazisində və Xəzər dənizinin dibində karbohidrogen ehtiyatlarının bolluğunun müəyyən edilməsi ilə də məşğul olmuşdur. Onu “Bakı neftinin atası” adlandırırdılar, çünki onun geoloji fəaliyyəti və ixtiraları Bakıda neft sənayesinin çiçəklənməsinə böyük töhfə verib. V.Zqlenitskinin ictimai fəaliyyətini də xatırlanmağa dəyər. Məsələn, Bakıda su qurğularının tikintisində və ilk Roma Katolik Kilsəsinin tikintisinin birgə maliyyələşdirilməsində (ölümündən sonra - miras vəsiyyəti ilə) iştirak edirdi. V.Zqlenitski öz vəsiyyətində neft yataqlarından əldə etdiyi gəliri elmin və xeyriyyəçiliyin inkişafına ayırıb. Vəsiyyətnamənin müddəalarının həyata keçirilməsi I Dünya Müharibəsinin başlaması ilə dayandırılıb. Rusiyada 1917-ci il inqilabından sonra V.Zqlenitskinin vəsiyyətini yerinə yetirən fond ona verilmiş neftli sahələri istismar etmək hüququndan məhrum edildi. V.Zqlenitski Azərbaycanda vəfat edib, lakin cənazəsi Polşaya aparılıb və Wola Kielpinska qəbiristanlığında dəfn edilib”.
Tədbirin sonunda yeni nəşr olunmuş kitablar qonaqlara hədiyyə edildi və xatirə fotosu çəkildi.
Muzeyin əməkdaşının məqaləsi beynəlxalq jurnalda dərc olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Aida İsmayılovanın “Об интересной археологической находк...
Muzeyin əməkdaşları Beynəlxalq Simpoziumda iştirak edib
İraq Respublikasının Kərkük şəhərində ilk dəfə olaraq, azərbaycanlı epiqrafika elminin yaradıcısı, professor Əjdər Ələsgərzadənin anadan olmasının 130...
Beynəlxalq elmi-mədəni əməkdaşlıq çərçivəsində akademik Yusif Məmmədəliyevə həsr olunmuş sərgi keçirilib
Xantı-Mansiysk Muxtar Dairəsi – Yuqranın Geologiya, Neft və Qaz Muzeyində Azərbaycan xalqının görkəmli neft-kimyaçı alimi, akademik, Sosialist Əməyi Q...
Muzeyin əməkdaşı beynəlxalq konfransda iştirak edib
Çinin Şanxay şəhərində “5th International Conference on the Philosophy of Language, Literature and Linguistics” (“5-ci Beynəlxalq Dil, Ədəbiyyat və D...
Belarus İctimai Fotoqraflar Birliyinin sədri muzeyi ziyarət edib
Milli Azərbaycan Tarixi Muzeyinin növbəti qonağı Belarus İctimai Fotoqraflar Birliyinin sədri Vladislav Ruta olub. Vladislav Rutaya muzeyin ekspozisiy...
Qətərin nümayəndə heyəti muzeyi ziyarət edib
10–13 aprel 2025-ci il tarixlərində Bakıda keçirilən Qətər Mədəniyyəti Günləri çərçivəsində Qətərin nümayəndə heyəti Milli Azərbaycan Tarixi M...
Muzeyin əməkdaşı beynəlxalq konfransda iştirak edib
Moskvada “Rusiya tarixində Şərq zinətləri. Orta əsrlər dövrü və onun arxeoloji göstəriciləri” adlı konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tar...
Muzeyin əməkdaşı Özbəkistanda keçirilən konfransda çıxış edib
Özbəkistan Respublikası Elmlər Akademiyası Özbəkistan Tarixi Dövlət Muzeyinin təşkilatçılığı ilə “Muzeylər ənənələrin, novasiyaların və renovasiyaları...