XƏBƏRLƏR
12 Yanvar, 2021
Muzey əməkdaşının müəllifliyi ilə kataloq nəşr edilib
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin dosenti, t.ü.f.d. Tural Şiriyevin müəllifliyi ilə Muzeyin 100 illik yubileyinə həsr edilmiş “İslam mədəniyyəti və Azərbaycan məişəti” adlı kataloqu işıq üzü görüb.
Kataloqun elmi redaktoru Muzeyin elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyevadır.
Kataloqda xalqın inanc sistemi ilə bağlı ənənəvi mərasimlər və ayinlərdə istifadə olunmuş XVIII-XX əsrin əvvəllərinə aid müxtəlif əşyalar, geyim nümunələri, ibadət vasitələri və gündəlik məişətdə özünə yer tutan, bütövlükdə 600-dən artıq inventar (müxtəlif çeşidli quranqabı, namazılıq, möhürqabı, əmmamə, əba, çarşab, rübənd, qırxaçar cam, kəşkül, ələm və başqa dini təyinatlı muzey materialları) əsasında tarixi-etnoqrafik tədqiqat aparılmış və sözügedən materialların annotasiyası verilmişdir.
Kataloq İslam dininin xalqımızın keçmiş məişət mədəniyyətində oynadığı rolunun öyrənilməsinə dəyərli töhfədir.
Muzeyin “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqunun təqdimatı olub
Martın 18-də Milli Azərbaycan Tarixi Muzeyində “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqun təqdimatı keçirilib. Tədbirdə Vətən Müharibəsi şəhidlə...
Muzeyin 105 illiyinə həsr olunmuş konfransın materialları təqdim olunur
2025-ci il dekabrın 2–3-də Milli Azərbaycan Tarixi Muzeyində keçirilmiş və muzeyin 105 illiyinə həsr olunmuş “Tarixin öyrənilməsinin və tədrisinin akt...
Muzeyin 105 illiyinə həsr olunmuş konfransın materiallarını təqdim edirik
Ətraflı keçiddə...
Muzeyin yeni kataloqu işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin “Böyük Zəfərin Qəhrəmanları” adlı yeni kataloqu (Bakı: "Aspoliqraf", 2025, s.240) işıq üzü görüb. Muzeyin elmi işlər...
Muzeyin yeni kataloqu işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin yeni nəşri – Azərbaycanın tanınmış kimyaçı alimi, akademik Yusif Məmmədəliyevin anadan olma...
Muzeyin direktoru, akademik Nailə Vəlixanlının yeni monoqrafiyası nəşr olunub
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlının rus dilində “Zəngəzurun VII–XII əsrlər tarixindən” adlı yeni monoqrafiyası nə...
Muzeyin kolleksiyası əsasında “Qarabağın görkəmli ziyalıları” adlı yeni kitab-albom işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin dəyərli kolleksiyası əsasında hazırlanmış “Qarabağın görkəmli ziyalıları” adlı yeni kitab-albom işıq üzü görüb (Bakı...
“Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun çini kolleksiyası” adlı yeni kataloq işıq üzü görüb
"Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunun çini kolleksiyası" adlı yeni kataloqun (Bakı: "Aspoliqraf", 2024, 216 səhifə) müəllifi Etnoqra...