Milli Azərbaycan Tarixi Muzeyinin dəyərli kolleksiyası əsasında hazırlanmış “Azərbaycan ailəsinin uşaq dünyası” adlı yeni kataloqu işıq üzü görüb (Bakı: Aspoliqraf, 2023, 152səh).Kitab- albomun müəllifi muzeyin Etnoqrafiya elmi fond şöbəsinin elmi işçisi Aygün Quliyeva, elmi məsləhətçisi həmin şöbənin müdiri, t.ü.f.d., dosent Gülzadə Abdulovadır.
Kitab- albomda Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətində özünəməxsus yeri olan uşaq mövzusu qələmə alınaraq vaxtilə uşaqlar üçün hazırlanmış beşiklər, geyim və oyuncaqlar, qoruyucu vasitələr və məişət əşyaları, o cümlədən sənədli-foto materiallar təqdim olunub.
Kitab- albomda muzeyin Xüsusi, Hədiyyələr və xatirə əşyaları, Sənədli mənbələr, Foto- neqativ materialları, Təsviri materilları fondlarında qorunan uşaqlara aid eksponatlar öz əksini tapıb. Həmçinin, yeni nəşrdə “Azərbaycanda uşaqlara məxsus abidələr”, “Uşaqların təsərrüfat həyatında rolu”, “Muzey kolleksiyasında uşaqlara məxsus materiallar”, “Beşiklər və aksesuarlar”, “Qoruyucu vasitələr”, “ Uşaq geyimləri”, “Uşaq oyuncaqları”, “Uşaqların istifadə etdiyi məişət əşyaları” adlı bölmələr üzrə maraqlı məlumatlar qeyd olunub.
Qeyd edək ki, kitab-albom Azərbaycan etnoqrafik irsinin öyrənilməsində əvəzsiz xidmətləri olmuş etnoqraf alim Ətiqə İzmayılovanın xatirəsinə həsr olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin Elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Akif qızı Nəsirovanın “Azərbaycan Xalçaları” adlı məqaləsi elmi topluda nəşr olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, tarix elmləri doktoru, akademik Nailə Vəlixanlının həyat və elmi fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici çapdan çıxıb.
2027-ci il yanvarın 1-də görkəmli dövlət xadimi, səhiyyə və elm təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin (1897-1962) anadan olmasının 130 illiyi tamam olur.