Milli Azərbaycan Tarixi Muzeyinin dəyərli kolleksiyası əsasında “Naxçıvan rəsm əsərlərində” adlı yeni kataloqu işıq üzü görüb. Kataloqun elmi redaktoru muzeyin elmi katibi, t.ü.f.d., dosent Sevinc Nəsirova, müəllifi muzeyin Təsviri materillar fondunun müdiri, m.ü.f.d, dosent Nardənə Yusifovadır.
Kataloqda müxtəlif yerli və xarici rəssamların Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunda qorunan, Naxçıvanın əsrarəngiz təbiətinə, möhtəşəm memarlığına, görkəmli tarixi şəxsiyyətlərinə həsr etdikləri əsərlər yer alır.
Kataloqun hazırlanmasında əsas məqsəd Naxçıvanın memarlıq abidələrinin əvvəlki vəziyyətini əks etdirən görüntülərdən, rəsm əsərlərindən istifadə edərək, həmin abidələrin bərpa prosesində yenidən inşasına töhfə verməkdir.
Qeyd edək ki, kataloq Naxçıvanın zəngin tarixini, mədəni irsini və incəsənətinin müxtəlifliyini daha dərindən tanımaq üçün qiymətli bir mənbədir.