Azərbaycanda ənənəvi məişət mədəniyyətini əks etdirən interyer nümunələrini nəzərdən keçirdikdə, toxuculuq sənəti ilə yanaşı, tikmə sənətinin də yüksək inkişaf səviyyəsinə çatdığını görmək mümkündür. Tarix boyu xalqımız güləbətin, təkəlduz, pilək, muncuq və bir sıra tikmə növləri ilə zəngin sənət ənənəsi formalaşdırıb. Bu tikmələr arasında qədim tarixə malik olan pilək sənəti xüsusilə seçilir. Zəngin irsin nadir nümunələrindən biri də muzeyin Etnoqrafiya fondunda qorunan, XX əsrə aid sarı atlaz parçadan hazırlanmış və zərif tikmə elementləri ilə bəzədilmiş pərdədir. Parçanın tən yarısı ipək və güləbətin saplarla doldurma üsulu ilə işlənib. Pərdənin mərkəzi hissəsində nəbati naxışlar fonunda gümüşü-mavi çalarlarda təsvir olunmuş tovuz quşu fiquru yerləşir. Bu təsvir “güzgülü pilək”lər vasitəsilə bəzədilərək eksponata daha zəngin estetik dəyər qazandırıb. Sözügedən eksponatda Çin sənətkarlığına məxsus naxış kompozisiyasından istifadə olunub, kənarları isə müxtəlif fiqurlar və “bulud” elementləri ilə əhatələnib.
Qeyd edək ki, təqdim olunan pərdə Bakı milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Sadıq Tağıyev və ictimai xadim, drammaturq, Mirzə Fətəli Axundovun nəvəsi Mələksima Axundovanın ailəsinə məxsus olub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.