Bakı Musiqi Akademiyasında Azərbaycanın bəstəkarlıq məktəbinin banisi, görkəmli musiqişünas və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Dahi Üzeyir Hacıbəylinin irsi dünya musiqi mədəniyyəti konteksində” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin mütəxəssisi Həyat Axundova “Üzeyir Hacıbəylinin yaradıcılıq və elmi irsi dünya müstəvisində” mövzusunda məruzə ilə çıxış edib (fotoslaydın müşaiyəti ilə). H.Axundova məruzəsində Üzeyir Hacıbəylinin zəngin yaradıcılığı, elmi fəaliyyəti, eləcə də, bəstəkarın Milli Azərbaycan Tarixi Muzeyində qorunan şəxsi əşyaları barədə ətraflı məlumat verib.
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb.
Sonda iştirakçılar sertifikatla təltif olunublar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.