Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı t.ü.f.d., dosent Əli Fərhadovun "Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının cari il üzrə ilk nömrəsində "Curci Zeydanın "İslam mədəniyyəti tarixi" əsərində türk-islam mədəniyyətinə baxış" adlı məqaləsi nəşr edilib. Məqalədə ərəb tarixçisi C.Zeydanın əsərləri, türk və Azərbaycan dillərinə tərcümələri, türk-islam mədəniyyətinə baxışı və töhfəsi haqqında məlumat verilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.