Milli Azərbaycan Tarixi Muzeyində Xəzər Universiteti və Azərbaycan Dövlət Pedoqoji Universitetinin tələbələri üçün muzeyin Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Laçın Mustafayev tərəfindən “Abidələr maddi və mənəvi irsimizdir” adlı elmi seminar keçirilib. Seminarda Laçın Mustafayev xalqımızın tarixi yaddaşını, mədəni dəyərlərini və milli kimliyini əks etdirən abidələrin maddi və mənəvi irs kimi qorunması və tədqiqi mövzusunda tələbələrə ətraflı məlumat verib. L.Mustafayev muzeyin fondlarında qorunan nadir arxeoloji artefaktların ölkəmizin qədim tarixi və mədəni irsinin öyrənilməsində mühüm rolu olduğunu vurğulayıb.
Seminar maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.