Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dos. Əli Fərhadov AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda görkəmli təbib, türkoloq, “Varlıq” jurnalının təsisçisi Cavad Heyətin anadan olmasının 100 illiyinə həsr olunmuş “Milli varlığa və mənəviyyata həsr edilən ömür - Cavad Heyət fenomeni” respublika elmi konfransında “Cavad Heyətin əsərlərində dini maarifçilik məsələləri” adlı məruzə ilə çıxış edib. Məruzə maraqla qarşılanıb və verilən suallar cavablandırılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.