2025-ci ildə Azərbaycanın ilk peşəkar arxeoloqu, ilk muzeyşünası, etnoqrafı və coğrafiyaşünası Davud bəy Mikayıl bəy oğlu Şərifovun (1885–1952) anadan olmasının 140 illiyi tamam olur. Görkəmli alimin Milli Azərbaycan Tarixi Muzeyində çalışdığı illərdə həyata keçirdiyi elmi fəaliyyət nəticəsində Şəki, Qəbələ, Gəncə və digər rayonlara arxeoloji səfərlər təşkil olunmuş, əldə edilən materiallar muzeyin fondlarına təhvil verilmişdir. Bu materiallar sırasında yer alan numizmatik tapıntılar tanınmış numizmat alim, tarix elmləri doktoru, professor Yevgeni Aleksandroviç Paxomov (1880–1965) tərəfindən qeydə alınaraq elmi təyinatı müəyyənləşdirilmişdir.
1928-ci ildə Davud Şərifovun Gəncə qəzasının Çovdar kəndi ərazisində apardığı arxeoloji kəşfiyyat zamanı 5 ədəd sikkə aşkarlanmışdır. Həmin nümunələrdən biri — çəkisi 7,4 qram olan gümüş sikkə (abbası) Səfəvi hökmdarı II Abbasın (1052–1077 hicri = 1642–1667 miladi) dövründə Tiflisdə zərb edilmişdir.
Tədqiqatlara əsasən, həmin dövrdə Səfəvi dövlətində müxtəlif növ gümüş sikkələr — abbası, şahi, bisti, larinlər zərb olunurdu. Təbriz, Ərdəbil, Həmədan, İsfahan, Məşhəd, Qəndəhar, Şüştər, İrəvan, Dizful, Kerman, Şiraz, Huveyza, Gəncə, Şamaxı və digər şəhərlərdə istehsal edilən bu gümüş sikkələr üzərində ərəb qrafikası ilə hökmdarın adı, titulu, zərb ili və yeri, dini ifadələr qeyd olunurdu. II Abbasın dövrünə aid sikkələrdə onun titulu “vilayət şahı” kimi göstərilirdi. Ən ağır çəkili gümüş sikkə — iyirmilik şahi — 36,9 qram, ən yüngülü isə 0,7 qram olmuşdur. Həmin dövrdə həmçinin, qızıl əşrəfilər və mis sikkələr də zərb edilirdi.
Aşkarlanmış sikkələr arasında yer alan digər 4 ədəd mis sikkənin Gəncə xanlığına aid felslər olduğu müəyyən olunmuşdur. Yerli pul dövriyyəsində istifadə edilən bu müxtəlif çəkili felslərdə ərəb qrafikası ilə zərb yeri, nominal göstəricilər və heyvan təsvirləri — at, pələng və günəş, quş əks olunurdu.
Həmin dövrün pul təsərrüfatında əsas sikkə vahidi kimi “abbası” adlanan gümüş sikkələr geniş şəkildə istifadə olunmuşdur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.