Azərbaycanın qədim sənət sahələrindən biri dulusçuluqdur. Bu sahədə görülən işlər, xüsusilə saxsı qabların istehsalı bu günə qədər əhəmiyyətini qoruyub saxlayır. Azərbaycan məişətində gildən hazırlanan qablar sırasında küpə xüsusi yer tutur. Küpələrin istifadə formaları yalnız qida və su saxlamaqla məhdudlaşmır, həm də xalq yaddaşında bərəkət, təmizlik, ruzi, ailə rifahı kimi anlayışlarla əlaqələndirilirdi. Küpə Azərbaycanın etnoqrafik irsində mühüm yer tutur və bu günədək mədəni identikliyin komponentlərindən biri kimi tanınır.
XVIII əsrə aid təqdim olunan küpə boz rəngli gildən hazırlanıb, qabın daxili və xarici səthi yaşıl şirə ilə örtülüb. Küpə nisbətən qabarıq gövdəyə, hündür boğaza və kənarı xaricə doğru qatlanmış enli ağıza malikdir. Qabın gövdədən boğaza birləşən 5 kiçik halqavari qulpları mövcuddur. Boğaz hissədə üfüqi istiqamətdə sünbül naxışı, gövdəsində isə şaquli istiqamətdə 3 nazik zolağı var və bu zolaqlar arasında kiçik xətlərlə naxışlar həkk edilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.