Dekabrın 2-də Milli Azərbaycan Tarixi Muzeyində “Tarixin öyrənilməsinin və tədrisinin aktual problemləri” mövzusunda respublika elmi konfransının açılışı olub. Muzeyin yaranmasının 105 illiyinə həsr olunan konfransın iştirakçıları əvvəlcə “Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasındakı xəritələrdə Qərbi Azərbaycan toponimləri” sərgisi ilə tanış oldular.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Konfransın açılış mərasimində çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, muzey yarandığı dövrdən bu günədək təkcə elmi-mədəni müəssisə kimi deyil, həmçinin maarif ocağı kimi fəaliyyət göstərib.Muzey alimləri və mütəxəssisləri Vətən tarixinin müxtəlif dövrlərini araşdırmaqla yanaşı, həmçinin tarix və mədəniyyətimizin populyarlaşdırılması sahəsində mühüm işlər görüblər. Elmi konfransın keçirilməsinin əhəmiyyətini vurğulayan akademik N.Vəlixanlı forumda qaldırılan məsələlərin, aparılan diskussiyaların tarixi araşdırmalarda, təhsil müəssisələrində tarixin tədrisində gərəkli olacağına əminliyini bildirdi və konfransın işinə uğurlar arzuladı.
Daha sonra konfransda məruzələr dinlənildi. Plenar iclasda akademik Nailə Vəlixanlı “Bir daha Xilafət dövrü Azərbaycan əhalisinə dair”, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Azərbaycan tarixinin yazılması və tədrisinin müasir problemləri”, professor Nəcəf Müseyibli “Azərbaycan xalqının etnogenez tarixi: arxeoloji və antropoloji aspekt” məruzələri ilə çıxış etdilər.
Qeyd edək ki, konfransda Bakıdan, Naxçıvandan, Gəncədən 35 alim iştirak edir. İki gün davam edəcək konfransda Azərbaycan tarixinin dövrləşməsi, tarixi mənbələrin öyrənilməsi, Azərbaycan xalqının etnogenezi problemləri, akademik elm və tarixin tədrisi, tarixi şəxsiyyətlərə yanaşmalar və qiymətləndirmələr, türk tarixinin tədqiqi və tədrisi, muzeylər və tarixi təhsil mövzularında məruzələr dinləniləcək.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.