Azərbaycan xalqının gündəlik məişət həyatında mühüm yer tutan toxuculuq nümunələrindən biri xurcundur. Xurcun yalnız praktik istifadə üçün deyil, həm də xalqın estetik zövqünü, simvolik düşüncəsini və həyat tərzini əks etdirən etnoqrafik irs nümunəsi kimi dəyərləndirilir. Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunan xurcun nümunələri ənənəvi sənətkarlığın zənginliyini və funksionallığını nümayiş etdirir. Təqdim olunan xurcun Qazax bölgəsinə aiddir və XX əsrin əvvəllərində yun ipdən toxunmuşdur. Üzərində həndəsi ornamentlər və parlaq rənglərin ahəngi diqqəti cəlb edir, qotazlı bağlar isə həm dekorativ, həm də funksional xüsusiyyət daşıyır. İki gözlü quruluşa malik bu xurcun məişətdə müxtəlif əşyaların daşınması üçün istifadə edilmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.