Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Rəvanə Abbassoy Azərbaycan Respublikasındakı Yunus Emre İnstitutunun təşkil etdiyi təzhib və miniatür sənəti kurslarında iştirak etmişdir.
16 iyun 2026-cı il tarixində Beynəlxalq Muğam Mərkəzində keçirilən “Geçmişten Geleceğe Geleneksel İzler: Türkiyə-Azərbaycan Türk İslam Sənətləri Təzhib və Miniatür” adlı sərgidə kurs iştirakçılarının əl işləri nümayiş olunmuşdur. Sərgidə Rəvanə Abbassoyun 4 əsəri ziyarətçilərə təqdim olunmuşdur.
Sonda iştirakçılar sərginin kuratoru Zühal Alodalı tərəfindən təşəkkürnamə ilə təltif olunmuşlar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.