1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azərbaycan Milli Ordusunun təməli qoyulmuşdur. Bu qərar Azərbaycanın müstəqil hərbi qüvvələrinin formalaşdırılması istiqamətində atılmış mühüm addım olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinə aid geyimlər qorunur. Onlardan biri də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) mərasim formasıdır. Geyim dəstinə furajka, kitel, mərasim şalvarı, köynək və qalstuk daxildir. Kitelin üzərində polkovnik-leytenant rütbə nişanları, Silahlı Qüvvələrin emblemi və Azərbaycan Ordusunun 1918-ci ildə yaradılmasını əks etdirən sinə nişanı yerləşdirilmişdir. Hərbi mərasim kitelinin yaxasında ümummilli lider Heydər Əliyevin təsviri olan nişan da vardır.
Qeyd edilən geyim nümunəsi 5 mart 2021-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazası tərəfindən muzeyə təhvil verilmişdir. Sözügedən geyim nümunələri 2021-ci ildə muzeydə təşkil olunmuş “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş etdirilmişdir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.