XƏBƏRLƏR
XƏBƏRLƏR -
14 Dekabr, 2020
Muzeyin əməkdaşı «Mənim Qarabağım» layihəsi çərçivəsində mühazirə ilə çıxış edib
Dekabrın 12-də Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d., dos. Fərhad Cabbarov ADA Universitetinin tələbələri və müəllimləri qarşısında mühazirə ilə çıxış edib. Onlayn formatda keçirilən mühazirə 1905-1906-cı illərdə Qarabağda ilk erməni-azərbaycanlı münaqişəsinin tarixinə, həmin münaqişənin müasir dövrdə Ermənistan-Azərbaycan münasibətləri ilə paralellərinə həsr olunmuşdu. Mühazirədən sonra F.Cabbarov iştirakçıların suallarını cavablandırmışdı.
Qeyd edək ki, ADA Universitetinin "Mənim Qarabağım" layihəsi çərçivəsində keçirilən mühazirələrin məqsədi tələbələri Qarabağın keçmişi, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi ilə tanış etməkdir.