AMEA Milli Azərbaycan Tarixi Muzeyində 20 yanvar faciəsinə həsr olunmuş “20 Yanvar – qürur və qəhrəmanlıq tariximiz” adlı onlayn formatda tədbir keçirilib. Tədbir Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsi tərəfindən təşkil olunub. Tədbirdə Nəsimi rayonu Texniki-Humanitar Liseyin şagirdləri, Tovuz şəhər Mahir Ələkbərov adına tam orta məktəbin şagirdləri, Füzuli rayonu 1 saylı tam orta məktəbin şagirdləri, Zəngilan rayonu 29 saylı tam orta məktəbin şagirdləri, İsmayıllı şəhər 5 saylı tam orta məktəbin şagirdləri, Sabunçu rayonu 128 nömrəli tam orta məktəbin şagirdləri, Suraxanı rayonu 141 saylı tam orta məktəbin şagirdləri, İsmayıllı rayon Qalınçaq kənd tam orta məktəbin şagirdləri, Oğuz rayon Baş Daşağıl kənd orta məktəbin şagirdləri, Astara rayon Şümrüd kənd tam orta məktəbin şagirdləri, Xaçmaz rayon Xudat şəhər 3 saylı məktəbin şagirdləri iştirak ediblər.
Tədbiri Muzeyin mütəxəssisi Qənirə Qafarlı açıq elan edərək sözü Elmi-kütləvi iş və təhsil şöbəsinin müdiri Fəridə Şəmsiyə verdi. Fəridə xanım 20 yanvar faciəsinin yaranma səbəbləri, bu qanlı hadisənin tariximizdə buraxdığı izlər və nəticələri barədə çıxış etdi.
Sonra Muzeyin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Bəhman Kərimov çıxış edərək tədbirin mahiyyəti haqqında qeyd edib 20 yanvar faciəsinin tarixi kökləri haqqında ,Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacağını, milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması haqqında geniş məlumat verdi.
B.Kərimov qeyd etdi ki, Bakı ətrafına çoxlu sayda əlavə qoşun hissələri və ağır texnika cəmləşdirməyə başladı. 1990-cı il yanvar ayının 19-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi" haqqında fərman verdi. Lakin 1990-cı il yanvar ayının 20-si səhərədək bu fərman xalqdan gizli saxlamldı. Həmin fərman haqqında xalqa heç bir məlumat verilməsin deyə yanvar ayının 19-da axşam saat 19:30-da Azərbaycan televiziyasının enerji bloku sıradan çıxarıldı. Fövqəladə vəziyyət rejimi olmasına baxmayaraq, 1990-cı il yanvar ayının 22-də Bakının "Azadlıq" meydanında böyük bir matəm mitinqi keçirildi. Mitinqdə və dəfn mərasimində 2 milyona qədər adam iştirak edirdi. Şəhidlər Bakı şəhərinin ən uca yeri olan Dağüstü Parkda dəfn edildilər. İndi həmin müqəddəs məkan Şəhidlər Xiyabanı adlanır. Burada Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canını qurban vermiş şəhidlərimiz uyuyur. 1990-cı il yanvarın 20-si Azərbaycanın tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil oldu.
Tədbirin sonunda bədii hissə göstərildi. Bədii hissədə Tovuz şəhər Mahir Ələkbərov adına tam orta məktəbin tarix müəllimi Firuzə Yahyayevanın rəhbərliyi ilə 8-ci sinif şagirdləri - Məmmədova Lalə, Rüstəmova Nuranə, Yahyayeva Gülçin, Rzayeva Fidan, 5-ci sinif sagirdi Ayxan Əkbərlinin təqdimatında şeirlərdən ibarət videoçarxın və Füzuli rayon 1 nömrəli tam orta məktəbin tarix müəllimi Aytən Alıyevanın rəhbərliyi ilə 8-ci sinif şagirdləri – Hüseyzadə Nəzrin, Həsənli Fatimə, Babayeva Hürü, 7-ci sinif şagirdləri Quluzadə Əkbər, Aslanlı Sevinc, İbrahimova Nəzrin, 6-cı sinif şagirdləri Muxtarov Əsgər, Rüstəmov Elnur, Əmirli Ayan, 5-ci sinif şagirdi İmanov Kamran və 1-ci sinif şagirdi Həmidli Jalənin təqdimatında şeirlərdən ibarət videoçarx nümayiş olundu.
Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən 20 yanvar hadisələri ilə bağlı tarixi əşyaların toplanması işi həyata keçirilir. Belə ki, o qanlı olayları əyani şəkildə nümayiş etdirən fotoşəkillər, sənədlər, şəhidlərin şəxsi əşyaları əhalidən toplanaraq Muzeyin fondlarında qorunur. Bunlar qəhrəmanlıq tariximizin Muzeydə qorunan nümunələridir.
Layihənin məqsədi uşaq və yeniyetmələrin mədəni asudə vaxtının səmərəli təşkilində muzeylərin geniş fəaliyyət ənənələrinin, tarixi təcrübəsinin önəmini göstərməkdir. Uşaqları fəal yaradıcılığa, tədqiqat işinə, axtarışlara yönəltməkdir.
Dekabrın 12-də Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d., dos. Fərhad Cabbarov ADA Universitetinin tələbələri və müəllimləri qarşısında mühazirə ilə çıxış edib.
AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Dörd ünsürdən biri – od çərşənbəsi” adlı musiqili-əyləncəli bayram tədbiri keçirilib.
Milli Azərbaycan Tarixi Muzeyinin “H.Z.Tağıyev klubu”nda Sabunçu rayonu 22 saylı tam orta məktəbin ibtidai sinif şagirdlərinə mühazirə-ekskursiya təşkil edilib.
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Cəzasız cinayət” adlı tədbir təşkil olunub.
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Səslə bizi Xocalı! Cavanı, həm qocanı” adlı tədbir təşkil olunub.
Milli Azərbaycan Tarixi Muzeyində tanınmış Azərbaycan aktyoru, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadənin müəllifi olduğu "Hacı Zeynalabdin Tağıyev uşaqlar üçün" kitabının (Bakı: Şərq-Qərb, 2020, 28 s.) təqdimatı keçirilib.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin “Arxeo” klubunun üzvləri 2020-ci ildə “Vətənpərvər olaq!” mövzusunda hesabat xarakterli ilk tədbirini keçirib.